Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 46
Bu dağın yamacında
ОглавлениеKəlbəcərli dostum Mail müəllimə həsr edirəm.
Dostum Mail
Bu dağın yamacında
gəl quraq bir alacıq,
Dörd yanımız gül-çiçək,
səma aydın, göy açıq.
Dizimizdə təpər də
olsun dostum, azacıq,
Dolaşaq yurdumuzu
Gecə-gündüz döymadan…
Gəl, baş-başa dayanaq
göydə buludlar ilə
Öpüşək çiçəklərlə,
yam-yaşıl otlar ilə,
Bulaqların gözündən
süzülək gilə-gilə,
Ömürdən ötüb keçən
günümüzü saymadan…
Dolaylarda nəfəsim,
silinməz ayaq izim…
Vətən bizim, el bizim,
Yurd bizim, yaylaq bizim.
Meşə bizim, çay bizim,
El bizim, oylaq bizim…
Yaşadaq bir daşına,
Kəsəyinə qıymadan…