Читать книгу Dekameron - Джованни Боккаччо - Страница 14

İKİNCİ GÜN

Оглавление

Dekameronun birinci günü qurtarır, ikinci günü başlanır; bu gün Filomenanın rəhbərliyi altında, bir çox ağır müsibətlərdən sonra, heç gözlənilmədiyi halda öz məqsədinə çatan adamlardan bəhs olunur

Günəş hər yerə öz işığını saçmışdı, quşlar da yaşıl budaqlarda şən nəğmələr oxuya-oxuya bunu hamıya xəbər verirdi; bu zaman xanım-lar, üç də cavan oğlan qalxıb bağa getdilər. Onlar şehli ot üstündə gəzə-gəzə, çiçəklərdən qəşang çələnglər hörə-hörə xeyli vaxt bağda o baş-bu başa gəzdilər. İndi də, dünənki kimi, hava sərinkən səhər çörəyini yedilər, rəqs etdikdən sonra dincəlməyə getdilər. Saat doq-quzda ayağa qalxıb, kraliçanın sərəncamına əsasən, sərin çəmənə yollandılar. Halay vurub oturdular. Başına dəfnə çələngi qoyulmuş gözəl və füsunkar Filomena bir az dalğın halda durdu, sonra hamını gözdən keçirib, Neifilaya əmr etdi ki, hekayə söyləməyə başlasın. Neifila da qeyd şərtsiz, gülərüzlə sözə başladı.

Dekameron

Подняться наверх