Читать книгу На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов, Эльдар Алихасович Ахадов - Страница 13
Переводы на азербайджанский язык
Kağızdan ata
ОглавлениеRəfdə nə papaq var, nə də ki, əlcək,
Çoxdandı yanmayır buxarı ocaq.
«Ay ana, bəs atam nə vaxt gələcək?»
Soruşur anadan bu körpə uşaq.
Bayırda payızın nəfəsi gəlir,
Gecələr şaxtalar andırır qışı,
Nə desin?…Ananın qəlbi kövrəlir,
Boğur qəhər ilə onu göz yaşı…
Sükutu uşağın təkidi pozur:
«Gəl mənə kağızdan ata düzəldək,
(Ananın halını o, özü yozur)
Amma bunu heç kim bilməsin gərək.
Hər yerdə özümlə gəzdirəcəyəm,
Onu gəzdirmək də çünki asandır.
Nə olsun, kağızdan olanda, bəyəm?
O ki, həm cəsurdur, həm pəhləvandır.»