Читать книгу На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов, Эльдар Алихасович Ахадов - Страница 5

Переводы на азербайджанский язык
Bir gün səndən hamı dönsə

Оглавление

Bir gün səndən hamı dönsə,

Desə «Getsin, dalınca daş»,

Qəlbindəki atəş sönsə,

Tənha qalsan, gözündə yaş…

Dünya sənə dar gələndə,

Özün də bilmədən nədən…

Hamı səni yad biləndə,

Bağrın yarılsa hikkədən…

Uzaq qaçsan təsəllidən,

Ögey bilsən hər nəfəsi,

Unudulsa körpəlikdən

Yadda qalan ana səsi…

Başın üstən qaçsa səma,

Ayaq altdan qaçsa da yer,

Bil ki, varam, uzatdığım,

Əllərimə əlini ver!…

Əllərimə əlini ver!..

На семнадцати языках. Переводы произведений Ахадова

Подняться наверх