Читать книгу На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов, Эльдар Алихасович Ахадов - Страница 7

Переводы на азербайджанский язык
Инсан олаг!

Оглавление

«Qocalara hörmət elə!»

Məsəl qalıb aqillərdən.

Bu müdriklik bizə çatıb,

Əsrlərdən, nəsillərdən.

Qocalara hörmət elə,

Kömək eylə, yolun gözlə

Ürəkləri kövrək olur

Gəl incitmə acı sözlə.

Öyünmə ki, sən cavansan,

Fələkdən də «bac» alarsn,

Vaxt ötüşər, zaman keçər,

Axır sən də qocalarsan.

Bəlkə biz də ibrət alaq,

Baxıb vəhşi təbiətə,

Bala, ana arasında

O, müqəddəs məhəbbətə.

Canlıların ünsiyyəti

Heyran edər hər bir kəsi,

Balaların anaları

Sevib, sevmək ən’ənəsiı.

Çalışaq ki, uşaqlıqdan

Yaşlılara həyan olaq,

Böyüyəndə cəmiyyətə

Biz layiq bir insan olaq!

İnsan olaq!!!

На семнадцати языках. Переводы произведений Ахадова

Подняться наверх