Читать книгу На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов, Эльдар Алихасович Ахадов - Страница 15

Переводы на азербайджанский язык
Həkim çağırmaq

Оглавление

Həkim çağırmaq olar,

Təcili yardım gələr.

Qulluqçu çağırarsan,

Köməyin ola bilər.

Duyelə çağırarsan

Qəzəblənib kimsəni…

Taksi çağırsan əgər,

Gəlib aparar səni.

Yağış da çağırarsan,

Təbiətə can verər,

Polis də çağırarsan,

Qoymaz çəkəsən zərər.

Istədiklərin olar,

Çağırmağına baxır,

Gülüş, qəzəb, ya qorxu,

Nə istəyirsən çağır.

Nə desən çağırarsan,

Sən belə vərdiş ilə,

Bir Tanrı, bir məhəbbət,

Gəlməz sifariş ilə!


На семнадцати языках. Переводы произведений Ахадова

Подняться наверх