Читать книгу На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов, Эльдар Алихасович Ахадов - Страница 9

Переводы на азербайджанский язык
Möcüzə

Оглавление

Bütün həyat ümidlərin əlində,

Gözləyirik, olmayanlar olacaq.

Qəfil gələr möcüzələr, gələndə

Qapımızdan, bacamızdan dolacaq.

Şad xəbərlər qarşısında qaçar şər,

Yaman günün ömrü azdı, şübhəsiz

Darıxma, dost, yaman günlər ötüşər,

Birgə gülüb, sevinərik onda biz.

Sevinc gələr bu məkana, bu elə,

Nur ələnər çölə, düzə, səmaya,

Qədəm qoyaq onda verib əl-ələ,

Möcüzələr baş verdiyi dünyaya.

Möcüzələr yaradacaq yaradan,

Öz-özünə yetişəndə zamanı.

Soruşma ki, axır gəldi haradan?

Çünki olmur möcüzənin ünvanı.

На семнадцати языках. Переводы произведений Ахадова

Подняться наверх