Читать книгу Parçalanmış Türküstanı gəzərkən - Əli Şamil - Страница 16
ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ?
Ornekdən Almatıya gedən yol
ОглавлениеOrnek qəsəbəsini keçəndə TİKA-nın Qırğızıstan ofisinin əməkdaşı Ağılbay sağa – dağlara doğru ayrılan asfalt yolu göstərərək: "Bu yol düz Qırğızıstan sərhəddinə kimi gedir. Dağlara dirənib durur. Oradan 5–6 kilometrlik bir tunel vurulsa, Almatıya maşınla 35–40 dəqiqəyə getmək olar. Yayda adamlar atla, dəvə ilə dağları aşıb Almatıya gedirmişlər. Elə ki payız gəldi, qar yağdı, may ayına kimi o yolla getmək mümkün olmur.
Ornek qəsəbəsindən Çolpon-Ata şəhərinə o qədər də uzaq deyil. 15–20 dəqiqə sonra vilayətin ikinci inkişaf etmiş şəhərinə çatırıq. Bişkekdən buraya 240 kilometrdir. Gedəcəyimiz Karakol şəhərinə isə 135 kilometr qalır. Burada fasilə verəcək, yeyib-içəcək, açıq havadakı muzeylə tanış olacaq, sonra yolumuzu davam etdirəcəyik.
Çolpon-Ata şəhəri qoyunçuluq əyəsi – mələyi, yəni qoyun sürülərinin qoruyucusunun adını daşıyır. Biz çoban deyirik və çobanın əski inanclarımızda qoyunçuluq əyəsi – mələyi olduğunu da çoxdan unutmuşuq. Türküstanda, hətta Türkiyədə də bu günün özündə göydəki ən işıqlı ulduzlardan birinə – bizim Zöhrə, Dan ulduzu kimi tanıdığımız ulduza Çolpon ulduzu deyirlər.