Читать книгу Parçalanmış Türküstanı gəzərkən - Əli Şamil - Страница 8
ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ?
Deyəsən, Sovetlər Birliyinin dağılması mənə düşüb
ОглавлениеSovetlər Birliyi dağılandan sonra Türkiyənin Qazaxıstanda keçirdiyi bir neçə elmi simpoziuma qatıldım. Bundan istifadə edib sürgün olunanlarla da görüşdüm, topladığım materiallar əsasında iki kitab, bir neçə məqalə yazdım. O məqalələrdən bir hissəsini "525-ci qəzet" 2013-cü ilin iyul ayında silsilə şəkilində "Sürgün olunanların sorağı ilə" başlığı altında dərc etdi. Deyəsən, oxucusu da az olmadı.
Bölmə toplantısı başa çatanda
Məni isə maraqlandıran nə uca dağlar, nə buz bulaqlar, nə də Isık gölün ilıq sularında çimmək, yaşıl sahillərində dincəlmək idi. Mən sürgün olunanlarla görüşməyə, yaddaşlarında qoruyub saxladıqları folklorumuzu toplamağa can atırdım.
Qırğızıstana səfərim isə maddi sıxıntı ucbatından baş tutmurdu. Uşaqlıq və yeniyetməlik illərində kəndlimiz İsbi İsmayılovun Qırğızıstan haqqında nağılabənzər söhbətlərini çox eşitmişdim. 1930-cu illərdə həbs olunan İsbi İsmayılov sonra Qırğızıstana sürgün edilmişdi. Sürgün müddətində çobanlıq edən İsbi İsmayılov oranın coşğun dağ çaylarının keçilməzliyindən, yüklü kor dəvənin sağlam gözünü də parça ilə bağlayıb gurultulu dağ çayının üzərində körpü kimi atılmış bir dirəyin üstündən necə keçirdiyindən, uca və həmişə başı qarlı olan dağlardan, yayın ortasında belə qar yağmasından, dəfələrlə ölümlə üzləşsə də, möcüzəli şəkildə sağ qalmasından həvəslə danışardı. Onun danışdıqlarına bənzər bədii təsvirlərə sonralar Çingiz Aytmatovun "Əlvida, Gülsarı" povestində rast gəldim. Povesti oxuduqca mənə elə gəlirdi ki, yazıçı, İsbi İsmayılovun danışdıqlarını qələmə alıb.
Simpozium iştirakçıları “Ata-Beyt”də