Читать книгу Mən sadə yolçuyam - Vahid Çəmənli - Страница 10

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
Olmadı

Оглавление

Keçdi ömrüm – günüm həsrət içində,

Həsrəti duymağa zaman olmadı.

Uçdu xəyalımda ağ qağayılar,

Yelkən tək əlimə qonan olmadı.


Dəlilər qəhr edər aqil düşmanı…

Ən böyük rəqibim yel dəyirmanı.

Baxdım, Don Kixotlar tutub dünyanı,

Dərdini, sərini qanan olmadı.


Dinim İslam dini, əqidəm Tohid,

Eşqimə Yer şahid, ulduzlar şahid…

Hamının halına yandım da, Vahid,

Heç mənim halıma yanan olmadı

30.04.2019

Mən sadə yolçuyam

Подняться наверх