Читать книгу Mən sadə yolçuyam - Vahid Çəmənli - Страница 12
ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
Deyİr
ОглавлениеAşıq Haşıma
Ay aşıq, mollaya çox vermə fikir
Bunu Vahid sənə lap çoxdan deyir.
Molla da aşığa toxunmur daha,
Ona nə, ya vardan, ya yoxdan deyir.
Ədəbdə, ərkanda çıxarsan ad – san,
Səsinə, sözünə el olar heyran.
Amma aşıq da var, danışır hədyan,
Danadan, keçidən, toyuqdan deyir.
Bilirəm, yönümüz qışa sarıdır,
Odun yox, qaz gəlmir, ömür yarıdır…
Vahid də ustadır, söz xirdarıdır
Dilini saxlamır, bayaqdan deyir
01.05.2019