Читать книгу Mən sadə yolçuyam - Vahid Çəmənli - Страница 20

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
Vətən, xoşbəxt olsun hər oğlun, qızın…

Оглавление

Dolaşıb qalmışam göy qurşağında

Bilmirəm, ya sağa, ya sola gedim?

Nur kimi ələnim çəmənə, düzə.

Çılğın bahar ilə bir yola gedim.


Buludlar dövrəmdə çoşur, qaynayır,

Göylər təbil çalır, sellər oynayır.

Çiçəklər naz edir, güllər oynayır,

Qoşulum onlara, qol – qola gedim.


Ay Vahid, may ayı şahıdır yazın,

Susma, qoy sənin də gəlsin avazın…

Vətən, xoşbəxt olsun oğulun, qızın,

Hər gün toya gedim, qavala gedim!

17.05.2019

Mən sadə yolçuyam

Подняться наверх