Читать книгу Mən sadə yolçuyam - Vahid Çəmənli - Страница 11

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
Düşür

Оглавление

Ağ bulud dolanır göyün üzündə,

Yaşıl çəmənlərə xəfif şeh düşür.

İncilər süzülür ağ bənizindən,

Əllər daraq olur, dildən eh düşür.


Axşamdan sabaha doğur arzular,

Nəğmə tək ürəyə yağır arzular…

Zülməti nur ilə boğur arzular,

Səhərin boynuna həzin meh düşür.


Vahidəm, aşıqin sayarsan məni,

Səsimdən, sədamdan duyarsan məni…

Öpüb, gözün üstə qoyarsan məni,

Vallah, bu sevgiyə belə beh düşür!

30.04.2019

Mən sadə yolçuyam

Подняться наверх