Читать книгу Mən sadə yolçuyam - Vahid Çəmənli - Страница 9

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
Qalıb

Оглавление

Səndən xəbər gəldi, xəbərin olsun,

Dedilər, hələ də şaxlığın qalıb!

Bir az gözəlliyin, bir az təpərin,

Bir az da şənliyin, şuxluğun qalıb!


Hər səhər durursan Günəşdən qabaq,

Çörək bişirirsən dolu bir tabaq…

Baxışın od saçır, duruşun qıvraq,

Qırğı tək yerişin, şıxlığın qalıb.


Gəldi qulağıma mülayim bir səs,

Ürək o ürəkdi, həvəs o həvəs…

Bilmirsən, biz niyə bir olmadıq bəs?

İçimdə ünvansız yoxluğun qalıb!

28.04.2019

Mən sadə yolçuyam

Подняться наверх