Читать книгу Mən sadə yolçuyam - Vahid Çəmənli - Страница 16
ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
Məhəbbət əfsanəsi
ОглавлениеArif Məlikovun xatirəsinə
Arif Məlikov
Bir içim su idi səni unutmaq,
Silmək ağrı verən adını belə…
Bəs niyə unuda bilmədim səni?
Qaladım sinəmə odunu belə.
Budurmu, dediyin o sevda, filan,
Qum kimi, çöp kimi gözümə dolan…
Deyirdim, məhəbbət yalandı, yalan,
Anlaya bilmədim dadını belə.
Vahid, çox dedilər həyat dadlıdı.
Bu həyat deyil ki, – qapazaltıdı.
Ruhum yox, görünən boş qaraltıdı,
Çətin, bir də sevəm qadını belə…
13.05.2019