Читать книгу Mən sadə yolçuyam - Vahid Çəmənli - Страница 21

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
Göy göl

Оглавление

Göy Göl (foto müəllifindir)


Gözümün önündən getmir camalın,

Dörd yanın alınmaz qaladı, Göy göl.

Göyləri əks edən bənizin solub,

De, səni kim belə taladı, Göy göl?


Dağların o üzün tutub duman, çən,

Yağı pəncəsində çırpınır Vətən.

Əlim Göyçə gölə çatmayır nədən?

Kim bizi həsrətə caladı, Göy göl?


Üzür sularında tənha qu quşu,

Yandırır sinəmi qəmli baxışı…

Nə zaman yağacaq bahar yağışı?

Qış bizi deyəsən doladı, Göy göl.


Baharda vermişdim sənə könülü,

Ömrün qış çağıdı, ay dağlar gülü.

Əssə də Vahidin ayağı, əli,

Hüsnünə aşiq bir baladı, Göy göl!

25.03.2019

Göy göl – Bakı

Mən sadə yolçuyam

Подняться наверх