Читать книгу Mən sadə yolçuyam - Vahid Çəmənli - Страница 18

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
Mənİ

Оглавление

Üstümə gəlirsən dəli dalğa tək

Ay zalım, görmüsən yoxsa tək məni?

Vermişəm yaxamı naşı əlinə,

Üzür bu darthadart, çəkhaçək məni.


Axşamdan səhərə uzanır gecə,

Bilmirəm, sabahı açıram necə?..

Nabələd yolçuyam, qısanayıb küncə,

Döyürsən zindanda dəmir tək məni.


Yara can deməkdən alışdı dilim,

Mən yandım, indi də yanacaq külüm…

Bu sevgi Vahidə neylər, ay gülüm?

Ya qara daş edər, ya ipək məni.

15.05.2019

Mən sadə yolçuyam

Подняться наверх