Читать книгу Mən sadə yolçuyam - Vahid Çəmənli - Страница 3

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
Ön söz

Оглавление

Vahid Çəmənlinin çağdaş ədəbi mühitdə özünəməxsus yaradıcılıq yolu var. Şairin estetik təfəkkürü bəzən emosional obrazlarla, bəzən də adi epik nəzmlə təqdim olunur. Onun şeirləri nəzəri cəhətdən yanaşmada, bədii təsvir və ifadə vasitələri orijinal tərzdə bədii formalarla nəzəri cəlb edir. Vahid bəyin yaradıcılığında ən çox real həyatdan müşahidələrlə götürülmüş mövzuların bədii inikası yer alır, bəzən də təxəyyülün sərgilədiyi ideyalar, istək və arzular nəzmə çəkilir. Bu deyilənlərlə bağlı şairin yaradıcılığında vətənpərvərlik, haqq-ədalət, insani keyfiyyətlər, ədəb-ərkan təbliğ olunur, ictimai məfkurəsində əldən gedən, işğal olunmuş torpaqlarımızın azad olunmas arzuları leytmotiv xətlə hərəkət edir. Misal üçün şairin «Meşə cığırı» şeirindəki məcazlara nəzər yetirək:


«Hara aparırsan meşə cığırı,

Körpə uşaq kimi tutub əlimdən? – metafora, bədii sual»;


«Dururmu qocaman əncir ağacı?

Palıdlar qoyubmu başına tacı? – metafora, bədii sual»;


«Nur əmib Günəşin zərrələrindən… – metonimiya»;


«İncikdi taleyin zərbələrindən. – metonimiya»;


«Turş narın qayıdıb bəxtəvər çağı, – təşbeh»;


«Sağalır o köhnə zədələrindən. – metafora»;


«Boylanıb ömrünun zirvələrindən… —metafora;


…Göründüyü kimi bu misralarda verilən məcazlar-bədii təsvir vasitələri orijinal deyimlərdir. Şairin digər şeirləri də bu kimi bədii təsvir və ifadə vasitələri ilə zəngindir.

İstedalı şair dostuma bir daha yaradıcılıq uğurları arzulayıram!

Niftalı Göyçəli

Şair

Mən sadə yolçuyam

Подняться наверх