Читать книгу Sürgün - - Страница 32
Şeirlər
MƏNDƏN
ОглавлениеYer verib köksümdə, dedim,
şimşək kimi çaxın məndən,
ya göz yaşı, ya söz kimi,
gecdi daha, çıxın məndən.
Məktubu yara çatırın,
məktub yükü yüz qatırın,
fərqi yox ki, bir çadırın,
ya da alaçığın məndən.
Ağ üzlər hey ağ qalacaq,
kim ölüb, kim sağ qalacaq,
dağ yenə də dağ qalacaq,
düşün, qopun, çıxın məndən.