Читать книгу Sürgün - - Страница 42
Şeirlər
BİZƏ
ОглавлениеÜz tutub yol getdik dağlara sarı,
yağışa uğradıq, qar gəldi bizə,
yük oldu el dərdi, könül qubarı,
hamıya gen dünya dar gəldi bizə.
Sınmış ürəkləri yer qucaqladı,
göylər üzümüzə qapı bağladı,
bəli, dabanımız qabar bağladı,
yollarda yorulmaq ar gəldi bizə.
Dindi çiçəklərin şirin dilləri,
ah, könül unutdu bu müşgülləri,
əsdi üzümüzə səhər yelləri,
vallah, elə bildik yar gəldi bizə.