Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 45
Güllə səsİ
ОглавлениеBu gedişin – zamanın… qəmi var, ağrısı var,
içində naləsi var, dərdi var, yanğısı var.
Körpələr boylanır təpə qəbirdən,
körpələr boylanır qəbir qucaqdan,
körpələr boylanır qan quyusundan.
Bir körpə anasın axtarır hələ
açılan güllənin alovlarında.
Bir gözdə analar güllələndilər,
bir gözdə ataya uçdu güllələr.
Güllələr körpənin son oyuncağı,
güllələr körpənin son dayanacağı.
Körpənin o torpaq tər sinəsində
sevdiyi qırmızı lalə böyüyür,
üstündə bir qara güllə yarası.
Günahsız körpələr, məsum körpələr,
körpə çağlarını yaşamadılar,
körpə adlarını daşımadılar.
Yarımçıq qoyulan ömür payıyla,
üzündə o donmuş qorxunc halıyla,
bir körpə dolaşır, bir körpə gəzir
Qanlı Xocalının gecələrində,
Kərkükün, Mosulun…
Hələb, Kabulun,
köhnə Varşavanın,
Osvensimin,
Xatının,
Bağdad, Dəməşqin,
Qarabağın
sevincsiz,
uşaqsız
küçələrində.
Ötür, illər ötür, zaman dəyişir,
səndə də, məndə də güman dəyişir.
Bu qara dünyada, yalan dünyada
kor fələk dolanan məkan dəyişir,
əldən ələ keçən sükan dəyişir,
naqisin xisləti dəyişmir ancaq.
Təmiz bildiyimiz o boz səmadan
hələ də o qorxunc mərmilər yağır
körpə evlərinə, xəstəxanaya.
Güllə səsi gəlir yerin altından.
Güllə səsi gəlir oyuncaqlardan.
04.02.2017