Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 49

Qayıt

Оглавление

Öpüb həsrət çəkən baxışlarından

yenə hansı xəyal apardı səni?

Daha bu dənizin sahili bomboş,

yoxsa qağayılar qopardı səni?


Bu nə qəm-qüssədi, bu nə kədərdi,

bu dərdin içində necə bitmisən?

İndi haralarda axtarım səni?

Sən özün-özündən çıxıb getmisən.


Bu günlər düz on il qocaltdı səni.

Sınıq ürəyimdən qayıt yerinə.

Sənin hər gününə bir ad qoyardıq,

indi nə ad qoyaq bu on ilinə?


Səni apardığım səma yolunu

simşək cadar-cadar doğrayıb, töküb.

Əllərim göylərdən üzülüb tamam,

ruhumun üstünə qaranlıq çöküb.


Bu günlər düz on il qocaltdı səni.

Sınıq ürəyimdən qayıt sən geri.

14.09.2014

Su üzərində bahar

Подняться наверх