Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 50

Qəmlİ baxışlar

Оглавление

Necə silim şəkildəki göz yaşın?

Çarpaz qollar boğur məni şəkildə.

Çıxart məni köynəyinin içindən

enib qalxır ürəyintək şəkil də.


İndi hara baş götürüb yol gedir

«gəl-gəl» – deyib, söz söyləyən baxışlar?

Göndər mənə, göndər doğma dərdləri

qucaqlaşıb öpüşsünlər tanışlar.


Üz-gözündə son illərin naxışı,

sevincimi qəmlər boğur haçandı.

Ha bağrıma basıb, basıb, hey öpdüm,

dərd sönmədi… təzə dərdlər oyandı.


…Danış şəkil, danış gözlər, danış, din.

Kim deyir ki illər bizi itirməz?

Baxma, mənim sən arxamca beləcə,

şəkil məni bir də geri gətirməz.

25.06.2015

Su üzərində bahar

Подняться наверх