Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 61

Dənİz sevgİsİ

Оглавление

Məni dəniz boğsa bir dərdim olmaz.

Bilirəm, ustufca, lap aram-aram

çəkib öz qoynuna alacaq məni.

Bir az tumarlayıb, bir az oynadıb

əliylə gözümü yumacaq mənim.

Qoymaz son sozümü, qoymaz deməyə.

Ona dərd olacaq, dözməz bu dərdə.


…Məni sakitliyə aparıb gedər,

itirər gözlərdən, itirib gedər.

Yığar balıqları üçə, yeddiyə,

«baxdınız, gördünüz», «dağılın» – deyə,

qovar balıqları, qovar yanımdan.

Yuyub, rahatlayıb basdırar məni,

canlılar gözündən azdırar məni.

Rekviyem çaldırar susan sulara,

ay da işıq salar, gecə durular…

Üstümə yosunlar döşəyər, tökər,

içimə bir sevgi toxumu səpər.

Oxşayıb, oxşayıb yatırar məni,

sevginin qoynunda batırar məni.


Məni dəniz boğsa, heç dərdim olmaz,

üzümdə sevginin naxışı solmaz.

27.01.2015

Su üzərində bahar

Подняться наверх