Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 47

O əllər

Оглавление

Hər səhər, hər axşam o pəncərədən

məni yola salan, mənə əl edən,

arxamca su atan, «yaxşı yol» deyən,

o əllər çağırsam gələrmi yenə?


Üzümün sığalı itib nə vaxtdı,

saçımın tumarı itib nə vaxtdı,

köksümdə min qubar bitib nə vaxtdı…

O əllər çağırsam gələrmi yenə?


Zamanın nə fərqi, günün nə fərqi,

sevinci apardı, vər saldı dərdi,

gedişi könlümə bir kölgə sərdi.

O əllər çağırsam gələrmi yenə?


Əlimə əl dəyər, üzə qan gələr,

dil açıb danışar, cana can gələr,

məni yuxulardan oyadan gələr.

O əllər çağırsam gələrmi yenə?

Ömrümü bəzərmi, bəzərmi yenə?


09.07.2017

Su üzərində bahar

Подняться наверх