Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 51
İçİmdə sən boyda sən gəzdİrİrəm
ОглавлениеQəlbinə özündən ağır yükləri
illərdi yığırsan, daha sığışmır.
Sənin ürəyini oxuyan kəsin
elə bilirsən ki qəlbi alışmır?
Sevincin sevincim, kədərin kədər,
sənsizlik çəkdiyim dərdlərdən betər.
Özün yüklədiyin o yüklər qədər,
içimdə sən boyda sən gəzdirirəm.
Dərd də dərd gətirir özündən böyük,
baxışım min kərə gözümdən böyük.
Alnımın yazısı üzümdən böyük,
içimdə bir qoşa mən gəzdirirəm.
10.12.2013