Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 59
Bu gecənİn sahİlİ
ОглавлениеQaranlıq gecələrtək
yox gözümdə bir naxış.
Gəl, dayan başım üstə,
kölgənə yağdır yağış.
Bəlkə isinə canım,
bəlkə ayılıb duram.
Əlini qoy sinəmə,
bəlkə sağala yaram.
Bu gecənin sahili
gündüzdən uzaq düşüb.
Bitməyən qaranlıqda,
sevinclər yasaq düşüb.
06.11.2016