Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 58
Unudaram dərdİmİ
ОглавлениеAllah,
çəkəcəyim dərdi gəl,
sən mənim özümə ver.
Başqasına dərd verib
məni dərdə bələmə.
Doğma bilmir, yad bilmir,
dərdin səpir sinəmə,
unuduram dərdimi,
üstümə dərd ələmə.
Sevincə ha qaçıram
qəm üstünə qəm gəlir,
bir ömür borc ödədim,
sonda hər şey kəm gəlir.
Mənim olan dərdimin
dərmanı tamam yaddı,
ha dərdimə ad qoydum —
qalan sən qoyan addı.
Allah,
çəkəcəyim dərdi gəl,
sən mənim özümə ver.
Başqasına dərd verib
məni dərdə bələmə.
Unudaram dərdimi,
üstümə dərd ələmə.
22.05.2015