Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 46

Tərəddüd

Оглавление

Gecənin bu sakit, hüznlü vaxtı,

ürəklə qapımı kim olar döyən?

Doğmamı, özgəmi bu qəfil gələn?

Kimlərin yadına düşmüşəm görən?

Bu əski qapılı, əski qıfıllı

bu kasıb komamı kimdi tanıyan,

kimdi gecə vaxtı məni arayan?

Adamın ağlına min güman gəlir,

başımda min xəyal dolaşır, gəzir.

Çoxdan unutmuşam qonaq-qaranı,

Tanrımı göndərib gələn qonağı?


Qaranlıq gecəyə ay doğan kimi,

qapının ağzında gecə qonağı.

Bir əlim dəstəkdə, biri cəftədə.

Açım, ya açmayım?

Bilmirəm hələ…

18.02.2018

Su üzərində bahar

Подняться наверх