Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 43
Mənİ yuxudan oyat
ОглавлениеBir göyərçin uçacaq
üşüyən pəncərədən.
Bir göyərçin uçacaq
soyuyan əllərimdən.
Yuvası uçan gözəl
gecə harda qalacaq?
O ipək qanadların
səmadamı yoracaq?
Qayğılı baxışında
sevgi dolu bir həyat.
Qayıt, qon pəncərəmə,
məni yuxudan oyat.
29.09.2016