Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 34

Dənİztək

Оглавление

Səni dəniz təki qucaqlayaydım,

səni dəniz təki öpə biləydim.


Səni dalğalartək alıb qoynuma,

səni ləpələrtək sığallayaydım.


Nə ay görə bizi, nə günəş baxa,

çəkilək dənizin sərinliyinə,

çəkilək dənizin dərinliyinə.


Bir özgə baxış da səni görməsin,

bir özgə çağırış da sənə gəlməsin.


Gəl gedək, gəl, gedək biz olan yerə,

özümü dəniztək göstərim sənə.

10.09.2017

Su üzərində bahar

Подняться наверх