Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 37

Yenə

Оглавление

Yenə bir öpüşün yeri göynədi,

alışıb od tutan yanaqlarında.

Bir həsrət özünə yer tapa bilmir,

titrəyən, səyriyən dodaqlarımda.


Təzə qanad açıb uçan bu qızın

könlünə bu gecə «soyuq”mu dəydi?

Yoxsa ki dənizdən əsən küləklər

o kövrək hislərin qanadın əydi?


Harada gizlətdin, haraya atdın,

xəyali gecənin naxışlarını?

Dəli küləklər də qopara bilmir

yollara dikilən baxışlarını.


Küskün baxışları yollardan yığıb,

qoynuna sığınan qollardan çıxıb,

alıb əllərimə yanaqlarını,

alıb dodağıma dodaqlarını

səni o gecədən qoparacağam,

səni öz gecəmə aparacağam.

Su üzərində bahar

Подняться наверх