Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 42

Sevdİm

Оглавление

Mən onda

ayrı bir sevgi gördüm.

Hislərin, duyğuların

zirvəsini gördüm.

Gördükcə, içimə

pillə-pillə hördüm.

Ayrı bir mərhəmət,

şəfqət gördüm.

İlahi bir gözəllik gördüm

sözündə, düşüncəsində.

Hər şeydə bir əzəmət gördüm.

Mən onu görmədən sevdim.

Darıxdım-darıxdım görüşünə,

darıxdım addım-addım gəlişinə,

gülüşünə.

Mən o adamın

əllərini görmədən əllərini sevdim,

gözlərini görmədən gözlərini sevdim,

baxışlarını sevdim,

səsini eşitmədən səsini sevdim,

üzünü görmədən üzünü sevdim,

mən onun özünü sevdim.

Azadlığını sevdim,

varlığını sevdim.

Mən onun insanlığını sevdim.


İnsanı sevdim,

insanı.


14.02.2018

Su üzərində bahar

Подняться наверх