Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 24
Narahat ruhlar
ОглавлениеBöyük alim Rafiq Əliyevə
Kimsəsiz evlərin eyvanlarından
kədərli, narahat ruhlar boylanır.
Baxışlar kiminin tək üst-başına,
mənim ətrafımı baxıb, yoxlayır.
Küçələr, səkilər buraxmır məni,
hər yerdə cüt, qoşa addım izləri.
Addım izlərində maqnit gücü var,
tutub ayağımdan saxlayır məni,
bağlayır özünə, bağlayır məni,
öldürüb, basdırıb, ağlayır məni…
Bu yolda, bu yerdə qəbirlər artır,
təsəlli söylənir, səbirlər artır…
Bu gecə özümü harda basdırım?
İçimdə özümə qəbir yerim yox,
bu gecə dözüm yox, səbir yerim yox.
Döşəmə daşları qəbirdi, Allah.
Yanaşı uzanan, yanaşı yatan,
tanımır bir-birin, nə sirdi, Allah?
24.03.2013