Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 33
Gəl gedək dənİzə
ОглавлениеGəl gedək, dəniz gözlüm,
gedək burdan uzağa.
Gedək biz olan yerə,
gedək, bizim dənizə…
Qovuşsun dəniz dənizə;
baxım alyanaq bənizə,
baxım mən gözə – dənizə.
Tellərini meh oynatsın,
ləpələr yusun izini.
Bu gün yenə gül açmısan,
qoy, dəniz görsün üzünü.
…Bu nə görüş, bu nə yanğı,
hardan gəldi bu dərd, ağrı?
İki sevgi arasında
od oluram, su oluram —
səni dənizə qısqanıram,
mən dənizi qısqanıram.
01.09.2016