Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 30

«Bu gün dənizin qurbanlıq gəmisiyəm…»

Оглавление

Bu gün dənizin qurbanlıq gəmisiyəm.

Gecənin ölüm qonağı.

Gündüzü oğurlanmış kimidi həyat.

Rahatlıq yox, tənhalıqda.

Cəmlər tək olur insanlar darıxanda.

Qaranlıqda yollar bitmir ki, bitmir.

Səhər açılmağa qorxur.

Bir meh yox, sənə əl uzada.

Hər şey «get-get» deyir,

uzağı göstərərək.

Nə var o yaxın uzaqlarda?

Kimsə bilməz.

Sükunət qoxuyur havası sovulmuş otaq.

Kədərin dadı varmış,

yoxluğun qoxusu.

Quraqlıqdan balıq iyi gəlir,

dənizdən yarpaq ətri.


08.09.2019

Su üzərində bahar

Подняться наверх