Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 22

Sükutun səsİ

Оглавление

Səni göymü apardı

sevmədiyin bu yerdən?

Daha işığın gəlmir

qaranlıq gecələrdən.


Gecələr tam qaranlıq,

gündüz sükut içində.

Uçub, gedib səsin də

durnaların köçündə.


Boğur yeri qaranlıq,

boğur sükutun səsi.

Boğur səni içində

ayrılığın nəfəsi.


25.08.2017

Su üzərində bahar

Подняться наверх