Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 36

Sənİn özəl şəhərİn

Оглавление

Sənə bir şəhər salım.

Yeni; iki nəfərlik.

Uzunu bir yol boyu,

eni iki nəfərlik.


Qızılgülün ətriylə

dolan bir evim olsun,

ruhumuzu oxşayan

o evim, evin olsun.


Evinin pəncərəsi

bizim dənizə baxsın.

Gündüz günəş, gecə ay

süzülüb evə axsın.


Dalğalar lay-lay desin

gecə sənin yuxuna.

Ləpə özü gələcək

hər gün səhər qoxuna.


Sənə bir şəhər salım.

Yeni; iki nəfərlik.

Uzunu bir yol boyu,

eni iki nəfərlik.


22.01.2014

Su üzərində bahar

Подняться наверх