Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 35

«Dəniz də qadın kimidi…»

Оглавление

Dəniz də qadın kimidi.

Adamı özünə çəkir:

sevdikcə sevmək istəyirsən,

getdikcə getmək istəyirsən;

ayrıla bilmirsən,

qoynuna sığınmaq istəyirsən.


* * *

Qısqanıram dənizi.

Qısqanıram səni mən —

gündüzlər günəşə,

gecələr aya.


Sən mənim dənizimsən,

dəniz gözlüm.


* * *

Bu qız gözlərimdə dəniz kimidi,

özündə min il də saxlayar məni.

Dözməyib ayrılıq dərdinə hərdən

dəniz sinəsinə bağlayar məni.


* * *

Sən ki bir dəniz kimisən.


Su üzərində bahar

Подняться наверх