Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 40
Yuxusuz gecələr
ОглавлениеDaha gecələrin yuxusu qaçıb.
Daha yuxular da şipşirin gəlmir.
Gecənin halını kim qaçırıb, kim?
Bu halsız gecələr özünə gəlmir.
Dəniz qaranlığı alıb qoynuna,
sahilin dərdini ləpələr çəkir.
Bulud arxasında gizlənib ay da,
gündüzün dərdini gecələr çəkir.
Bu gecə meh də yox, yatan ağacda
yarpaqlar boynunu budağa dikib.
Girmişəm gecənin dərə bətninə,
görürəm bir qızın yuxusu itib.
28.01.2016