Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 21

Şam tut gecəmə

Оглавление

Gecəmin halsız vaxtına

özünü tez yetir, mələk.

Qanadını sər üstümə

sən ruh kəpənəkləritək.


Aç evimin pəncərəsin

gecə baxışlar qaralır.

Gecənin qəmini çıxart,

gecə ömürlər daralır.


Səsi alınmış gecənin

içində sənsiz bitərəm.

Gözünü şam tut gecəmə,

gecədə azıb itərəm.


30.06.2017

Su üzərində bahar

Подняться наверх