Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 10

Qəm havası

Оглавление

Bir ay doğar

yorulan buludlar arasından.

Bir ay doğar

işıqlanar gecələr.

Əllərimi, qollarımı görərəm,

sənə gedən yollarımı görərəm.

Qəribsəyən gecədə

yolların yanağından

tək ağlayan qəribin

göz yaşını silərəm.

Daş qolları qaldırıb oynayaram

içimdəki qəm havanın pəsinə,

diksinərəm lal sükutun səsinə.

Nə deyəsən,

gecənin bir küncündə

için-için oynayan

bu Allah bəndəsinə?


02.09.2017

Su üzərində bahar

Подняться наверх