Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 5
Bİr kəhər dayanıb Cıdır Düzündə
ОглавлениеBu atın yalını kim darayıb, kim?
Darağı əlində gəzən kim imiş?
Kimsəsiz yurdumun tənhalığında,
külək nəvazişi məni bitirmiş.
Mənim səhərimin üzü qaranlıq,
günümün, ayımın işığı itib.
Mənim kürəyimdə qamçı səsləri,
boynumda üzəngi kölgəsi bitib.
Sükutu qoynuna çəkən dərədə
həsrətin, kədərin izi üzündə.
Köhnə tumarında sığalım itən,
bir kəhər dayanıb Cıdır Düzündə.
Bu yerin gözəli Qarabağ atı,
gör neçə illərdi, kişnəmir, gülmür.
Bu sınıq qollarım, topal əllərim,
nə vaxtdı at yalı daraya bilmir.
19.01.2014