Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 4

Ağ bulud

Оглавление

Düşüb bu yolun ağına,

baş alıb, çıxıb gedəsən.

İzin də arxanca baxa,

yox olub birdən itəsən.


Gedəsən tamam uzağa,

əlinə bir əl dəyməyə.

Baxasan güldən savayı,

gözünə bir göz dəyməyə.


Nə qulaqda köhnə səda,

nə ürəkdə köhnə xəta,

nə də ki gözündə əda —

özündən itib gedəsən.


Ağ bulud ağlaya səni,

tək günəş dağlaya səni.

Gecənə ay boylana,

göy dəniz saxlaya səni.


Ləpələr silə izini,

yuyasan özün-özünü.

Düşüb dənizin bətninə

bir təzə insan doğasan.


27.12.2014

Su üzərində bahar

Подняться наверх