Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 14

Tənhalığım

Оглавление

Bu payız havası üşüdür məni.

Günlər də soyuyub aramız kimi —

qolun qollarıma dəymir haçandı,

əlim əllərinin intizarında.

Yüz ildi, min ildi ayrı kimiyik.

Nəfəsin isitmir üzümü daha,

donub dodaqlarım, kəlmələr donub,

baxışın üşüyür yanaqlarımda.

Qapının zəngi də susur nə vaxtdı,

hər addım səsinə diksinirəm mən.

İçimdə bir zindan ağırlığı var,

gecənin sən – yoxluq tənhalığında.


12.10.2018

Su üzərində bahar

Подняться наверх