Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 8

Tamaşana gəlməyəcəyəm

Оглавление

Gəlməyəcəyəm tamaşana,

gəlməyəcəyəm daha…

Əllərim bir-birini

sürətlə öpməyəcək.

Səni axtaran baxışlar,

pərdəni döyməyəcək.

Ovcuma düşən ürək,

bir daha gülməyəcək.


Eşidilir ürəyinin çırpıntısı,

duyulur üzünün qızartısı.

Dəyişir sözlərin melodiyası.

Dərd süzülür içimə acı-acı.

Bir səs gəlir içəridən:

çıx, çıx… günahkar tamaşaçı.


Götürüb gedirəm

bütün mənli, mənsiz günahları.

İntizarda qoyma

yanımda oturan günahsız adamları.


Həyəcanlanma daha.

Gəlməyəcəyəm tamaşana.

Gəlməyəcəyəm.

Rahat bax!

Rahat bax, bütün salona.


13.05.2014

Su üzərində bahar

Подняться наверх