Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 17

Qara xatİrə

Оглавление

Gecənin birində lap sübhə yaxın

qara xatirələr boğacaq məni.

Bu səsə, bu küyə dözməyən gecə

axırda özündən qovacaq məni.


Dərd də dərd gətirər, qazancıma bax.

İllər daş səbrimi alır əlimdən.

Bu gecə yuxuma girən xəyallar

gəlib bir iltizam alır dilimdən.


Sıxır ürəyimi qara xatirə,

ümidin yolları dardı, dar, Allah.

Bu qədər zamanı necə yaşadım?

Məndə bir ölünün səbri var, Allah.

16.10.2015

Su üzərində bahar

Подняться наверх