Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 12
Həsrət
ОглавлениеMəni payız seçdi fəsil içində,
günümü xəzanlar hey tumarlayır.
Sənin əllərini göylər saxlayır,
mənim dizlərimi yer qamarlayır.
Sənsizlik hər gecə üşüdür məni,
donur öpüşlərin izi üzümdə.
Baxışım gözündə ağlayır sənin,
bir ağac göyərir köhnə izimdə.
Bir sazaq içimdən titrədir məni,
bahar istəyimi qəfil don vurur.
Havası sorulmuş bu boş qəfəsdə
həsrətin özünə təzə ev qurur.
Bu sənsiz dünyada nəyim var mənim?
Çəkilib gedirəm bu yer üzündən.
Nələr çəkdiyimi göydəki bilir.
«Ah!» yerin yeddinci qatından gəlir.
02.10.2016