Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 18
Götürüb gedİrəm sənİ özümlə
ОглавлениеGötürüb gedirəm səni özümlə
gecənin ən sakit, gizlin yerinə.
Qıymaram mən sənə könlümdən başqa
bir baxış toxuna, yerin bilinə.
Mən səni köksümə sıxıb apardım,
Bürüdüm hissimin burulğanına.
Bir də görərsən ki, qaçıb üzümdən
dodağım qonubdu dodaqlarına.
İlahi, sən bunda cazibəyə bax!
Bu sevgi özümdən qoparır məni.
Bu xumar gecədə bədirlənən ay,
salıb işığına aparır məni.
02.09.2014