Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 11
Gecənİn sükutu
Оглавлениеİşıqları o sönməyən tək evin
pəncərəsin bir göyərçin döyəcək,
dimdiyində gətirdiyi məktubun
hər sözündən sənin ətrin gələcək.
O ətirdən yuxu qalmaz gecədə.
O gecəni xatirələr alacaq.
O gecənin sükutunu pozacaq
adam gəlib düz önündə duracaq.
Gözlərinə dikiləcək iki göz.
Gözlərində o gözlərin öpüşü.
Lal divarlar yaddaşına köçürər,
pərdələrin izlədiyi görüşü.
Bu gecəyə lap ömrünü verərsən.
Yalvararsan qaranlığa ilk kərə.
Bir ismarış göndərərsən günəşə:
«Nə olar, sabah sən yuxula, yat» – deyə.
05.11.2016